ABŞ-da "Helen" qasırğası nəticəsində ölənlərin sayı 90-ı keçdi

ABŞ-da \"Helen\" qasırğası nəticəsində ölənlərin sayı 90-ı keçdi
Gündəm 30 Sentyabr 2024 10:31

ABŞ-nin cənub-şərqində "Helen" qasırğasının ölkəni vurması nəticəsində ölənlərin sayı 90-ı keçib.

Sitat.info xarici mediaya istinadla xəbər verir ki, səlahiyyətlilər qasırğanın gətirdiyi güclü külək və yağışların təsirli olduğu Şimali Karolina, Cənubi Karolina, Corciya, Florida və Virciniya ştatlarında ölənlərin sayını açıqlayıb.

Səlahiyyətlilər həmçinin Şimali Karolinanın Buncombe bölgəsində 600 nəfərin xəbərsiz olduğunu və ştatda 36 nəfərin öldüyünü açıqlayıb.

ABŞ prezidenti Co Baydenin həftə ərzində qasırğadan zərər çəkmiş bölgələrə səfər edəcəyi gözlənilir.