Naxçıvan istiqamətində mövqelərimiz yenidən atəşə tutulub

Naxçıvan istiqamətində mövqelərimiz yenidən atəşə tutulub
Gündəm 12 Sentyabr 2024 09:20

Sentyabrın 12-si saat 00:15-dən 01:05-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Paşalı rayonunun Horadis yaşayış məntəqəsi istiqamətindəki mövqelərindən Ordumuzun Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Yuxarı Buzqov yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini bir neçə dəfə atıcı silahlardan atəşə tutub.

Bu barədə Sitat.info- ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.