Türkiyəli nazir türk dövlətlərinə çağırış etdi

Türkiyəli nazir türk dövlətlərinə çağırış etdi
SİYASƏT 09 Sentyabr 2024 18:20

Türkiyənin ədliyyə naziri Yılmaz Tunç türk dövlətlərini terrorla mübarizədə həmrəyliyə çağırıb.

Sitat.info xəbər verir ki, o, bu barədə Türk Dövlətləri ədliyyə nazirlərinin Astanada keçirilən iclasında çıxışı zamanı deyib.

Y.Tunç terrorun bəşəri cinayət olduğunu diqqətə çatdırıb.

O bildirib ki, türk dünyası daim haqqın, ədalətin yanındadır. Bildirib ki, “Gücümüz birliyimizdədir” şüarı ilə Türk dünyasını bütün sahələrdə daha da gücləndirmək hədəfdir.