İsrailli nazir çimərlikdə hücuma məruz qaldı

İsrailli nazir çimərlikdə hücuma məruz qaldı
Dünya 06 Sentyabr 2024 20:32

İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir Təl-Əviv çimərliklərindən birində hücuma məruz qalıb.

 Bu barədə İsrail polisinin mətbuat xidməti Teleqram kanalında məlumat yayıb.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, 27 yaşlı qadın ailəsi ilə birlikdə çimərlikdə olan nazirə yaxınlaşaraq ona qum atıb.

Hadisədən sonra şübhəli şəxs dənizdə gizlənməyə çalışsa da, polis onu saxlayıb.

Qadını Təl-Əvivin mərkəzindəki bölməyə aparan polis əməkdaşları məsuliyyətə cəlb etmək niyyətindədir.