Bakıda ağır qəza - Yaralılar var

Bakıda ağır qəza - Yaralılar var
HADİSƏ 04 Sentyabr 2024 01:03

Bakının Nizami rayonu, Elşən Süleymanov 120 ünvanında ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Sitat.info" “Unikal”a istinadla xəbər verir ki, “Hyundai Elantra” markalı avtomobil hərəkətdə olan motosikleti vurub. 

Nəticədə motosiklet sərnişin avtobusunun altına düşüb, nəqliyyat vasitəsində olan hər iki nəfər ağır yaralanıb. 

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.