Hindistan Çini keçərək Rusiya neftinin ən böyük alıcısına çevrilib

Hindistan Çini keçərək Rusiya neftinin ən böyük alıcısına çevrilib
Dünya 24 Avqust 2024 12:20

Hindistan iyul ayında Çini keçərək dünyada Rusiya nefti ən çox  idxal edən ölkə olub.

Sitat.info Reuters-ə istinadən  xəbər verir ki,Çin neft emalı zavodları yanacaq istehsalından daha az mənfəət əldə etdiyinə görə daha az satın aldı.

Rusiya xam nefti keçən ay Hindistanın ümumi idxalının 44 faizini təşkil edərək rekord həddə çatıb. Bu iyun ayı ilə müqayisədə  4,2%, 1 il əvvəllə müqayisədə 12%  çox deməkdir. Söhbət təxminən gündəlik 2,07 milyon barreldən gedir. Bu, Rusiyadan iyulda gündəlik 1,76 milyon barel neft idxal edən Çindən daha artıqdır. 

Nərgiz,

Sitat.info