Rusiya lideri Bakıda bu şəxslə görüşməkdən imtina edib

Rusiya lideri Bakıda bu şəxslə görüşməkdən imtina edib
SİYASƏT 20 Avqust 2024 13:16

Rusiya prezidenti Vladimir Putin "Telegram"ın yaradıcısı Pavel Durovla Bakıda görüşməkdən imtina edib.

Sitat.info xəbər verir ki, bu barədə "Baza"  teleqram kanalı məlumat yayıb. 

Putin və Durov eyni vaxtda Bakıda olublar. Putinin  Azərbaycana səfərindən bir neçə gün əvvəl prezident administrasiyasının üzvləri ona "Telegram"ın yaradıcısı Pavel Durovla görüş təşkil etməyi təklif ediblər, lakin Putin bundan imtina edib. 

Rusiya Federasiyasının Prezidenti avqustun 18-dən 19-dək Bakıda ikigünlük səfərdə olub.