Bu gün ilin ilk Super Ayı müşahidə olunacaq

Bu gün ilin ilk Super Ayı müşahidə olunacaq
KRİMİNAL 19 Avqust 2024 08:30

Bu gün ilin ilk Super Ayı müşahidə olunacaq.

Sitat.info xəbər verir ki, bu barədə N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası məlumat yayıb.

Super Ay adlandırılan bu hadisə zamanı Ay 14% böyük və 30% parlaq görünür. Bu gün Ay saat 19:41-də doğacaq və səhər saatlarınadək görünəcək ki, bu zaman Yerlə Ay arasındakı məsafə 361 969 km olacaq.

Qeyd edək ki, ilin sonunadək 18 sentyabr, 17 oktyabr və 15 noyabrda daha 3 Super Ay müşahidə olunacaq.