Ankarada qəza - 9 ölü, 20-dən çox yaralı

Ankarada qəza - 9 ölü, 20-dən çox yaralı
HADİSƏ 09 Avqust 2024 10:06

Türkiyənin Ankara şəhərində sərnişin avtobusu qəzaya uğrayıb.

Sitat.info  “TRT Haber”ə istinadən xəbər verir ki, hadisə Polatlı rayonunda qeydə alınıb.

Ankara valisi Vasip Şahin bildirib ki, qəza nəticəsində 9 nəfər ölüb və 26 nəfər yaralanıb.

Hadisənin başvermə səbəbləri araşdırılır.