Qazaxıstan LGBT təbliğatını qadağan etmək istəyir

Qazaxıstan LGBT təbliğatını qadağan etmək istəyir
Dünya 02 Avqust 2024 09:43

Qazaxıstan Mədəniyyət Nazirliyinin işçi qrupu LGBT təbliğatının qadağan edilməsi ilə bağlı petisiyaya baxıb

Sitat.info xəbər verir ki, bu barədə “Sputnik Near Abroad” teleqram kanalı məlumat yayıb.

Nəşr qeyd edir ki, departamentin işçi qrupunun üzvləri respublikada heç kimin cinsinə və ya tərəfdaş seçiminə görə ayrı-seçkiliyə məruz qalmayacağına qərar verib. Eyni zamanda bildirilir ki, uşaqlar LGBT biliklərindən qorunmalıdır.

Petisiyanın müəllifi Qazaxıstan Valideynlər Birliyinin rəhbəri Baqila Baltabayeva olub.