Xızıda istirahət mərkəzində yanğın

Xızıda istirahət mərkəzində yanğın
HADİSƏ 30 İyul 2024 10:42

Xızıda istirahət mərkəzində yanğın olub.

Bu barədə Sitat.info-ya Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, rayonun Yarımca kəndində istirahət mərkəzinin ərazisində ümumi sahəsi 115 m² olan mansarda tipli kotecin yanar konstruksiyaları 45 m² sahədə yanıb. Kotecin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.