Rus zabitin maşınını partladan şəxs Türkiyədə ələ keçdi

Rus zabitin maşınını partladan şəxs Türkiyədə ələ keçdi
Dünya 24 İyul 2024 19:09

Rusiyanın paytaxtı Moskvada rusiyalı zabitə məxsus maşını partlatmaqda şübhəli bilinən şəxs Türkiyənin Bodrum şəhərində yaxalanıb.

Sitat.info xəbər verir ki, bu barədə Türkiyə daxili işlər naziri Əli Yerliqaya deyib.

Xatırladaq ki, bu gün Moskvada Rusiya Silahlı Qüvvələri Baş Qərargahının peyk rabitəsi üzrə bölməsinin rəis müavini Andrey Torqaşova məxsus maşın partladılıb, nəticədə hərbçi və xanımı ağır xəsarət alıb.