Küləklə bağlı sarı xəbərdarlıq verildi

Küləklə bağlı sarı xəbərdarlıq verildi
Gündəm 24 İyul 2024 18:47

 

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.

 

Bu barədə Sitat.info-ya Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Qeyd edilib ki, iyulun 24-26-da bölgələrdə fasilələrlə sarı xəbərdarlığa uyğun olaraq Bərdə, Tərtər, Mingəçevir, Naftalan, Ağstafa, Gəncə, Tovuz, Goranboy, Ağdam, Füzuli, Zərdab, Neftçala, Sabirabad, Göyçay, Şahbuz, Naxçıvan, Ordubad, Culfa, Qobustan, Balakən, Zaqatala və Şəkidə şərq küləyi arabir 13.9-20.7 m/san təşkil edəcək.