Kreml: Ukraynanın danışıqlar mesajı Rusiyanın yanaşmasına uyğundur
Kremlin sözçüsü Dmitriy Peskov, Ukraynanın Rusiya ilə danışıqlar aparmaq istədiyinə dair açıqlamanın təfərrüatlarının əhəmiyyətli olduğunu və mesajın özünün Rusiyanın yanaşması ilə uyğunlaşdığını deyib.
Sitat.info xəbər verir ki, Peskov, Moskvada Jurnalistlərə Ukrayna xarici işlər naziri Dmitri Kulebanın bu gün Çində Rusiya tərəfi ilə danışıqlara istəkli və hazır olduqları ilə bağlı verdiyi açıqlamanı dəyərləndirib.
Rusiyanın danışıqları rədd etmədiyini vurğulayan Peskov deyib: "Rusiya hər zaman danışıqlar prosesinə açıqlığını qoruyub və burada hələ bilmədiyimiz detallar önəmlidir. Ona görə də qarşı tərəfdən əlavə açıqlamalar gözləyəcəyik".
Kənan Yusif
Sitat.info