Bakıda gənc qız özünü binadan atdı
Bakıda intihar hadisəsi baş verib.
Sitat.info xəbər verir ki, hadisə az əvvəl paytaxtın Xətai rayonu, Gəncə prospekti 35 ünvanında qeydə alınıb.
Gənc qız orada yerləşən yaşayış binasının 7-ci mərtəbəsindən özünü atıb.
Nəticədə o, aldığı xəsarətdən hadisə yerindəcə keçinib.
Faktla bağlı araşdırma aparılır./ Lent.az