Mikayıl Cabbarov israilli nazirlə görüşdü

Mikayıl Cabbarov israilli nazirlə görüşdü
SİYASƏT 15 İyul 2024 19:20

Azərbaycan İsraillə ikitərəfli iqtisadi-ticarət əlaqələrinin gücləndirilməsi imkanlarını müzakirə edib.

Sitat.info xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov X sosial şəbəkəsindəki hesabında bildirib.

"İsrailin regional əməkdaşlıq naziri David Amsalem ilə görüşdə xarici sərmayədarlar üçün Azərbaycanda yaradılmış əlverişli investisiya mühiti və özəl sektorun nümayəndələri arasında əməkdaşlığın inkişafı barədə fikirlərimizi bölüşdük", - M.Cabbarov qeyd edib.