Ceyhun Bayramov ABŞ-yə getdi

Ceyhun Bayramov ABŞ-yə getdi
SİYASƏT 09 İyul 2024 09:02

İyulun 9-da xarici işlər naziri Ceyhun Bayramov Amerika Birləşmiş Ştatlarına işgüzar səfərə yola düşüb.

XİN-dən Sitat.info-ya verilən məlumata görə, səfər çərçivəsində nazir Ceyhun Bayramovun ABŞ-ın paytaxtı Vaşinqton şəhərində keçirilən NATO Zirvəsində iştirakı, habelə bir sıra yüksək səviyyəli ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub.