Rusiya bu ölkəyə nota göndərdi

Rusiya bu ölkəyə nota göndərdi
Dünya 02 İyul 2024 13:28

Rusiyanın Tallindəki səfirliyi Estoniya Xarici İşlər Nazirliyinə etiraz notası göndərib.

Sitat.info TASS-a istinadən xəbər verir ki, bu barədə səfirlik məlumat yayıb.

Estoniyadan sovet əsgərlərinin dəfn yerlərinin köçürülməsini dayandırmağı tələb olunub:

“Səfirlik Saaremaa adasındakı Tehumardi kəndində məzar daşlarının sökülməsi və Qırmızı Ordu əsgərlərinin qalıqlarının planlaşdırılan ekshümasiyası ilə əlaqədar öz kəskin etirazını bildirir".