ABŞ ordusu husilərin 3 PUA-sını məhv etdi

ABŞ ordusu husilərin 3 PUA-sını məhv etdi
Dünya 01 İyul 2024 09:57

ABŞ ordusu Yəmən husilərinin 3 PUA-sını məhv edib.

Sitat.info xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı X hesabında məlumat yayıb.

"Son 24 saat ərzində ABŞ Mərkəzi Komandanlığının qüvvələri özünümüdafiə məqsədilə Qırmızı dənizdəki husilərin 3 pilotsuz aparatını məhv edib", - məlumatda bildirilir.