Bakıda "Metro Park"ın qarşısında gənci GÜLLƏLƏDİLƏR

Bakıda \"Metro Park\"ın qarşısında gənci GÜLLƏLƏDİLƏR
KRİMİNAL 26 İyun 2024 22:00

İyunun 26-da paytaxtın Nərimanov rayonunda 2000-ci il təvəllüdlü Kosayev Tural Kamil oğlunun odlu silahla qətlə yetirilməsi barədə polisə məlumat daxil olub. 

DİN-in Mətbuat Xidmətindən sitat.info-ya  bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 2005-ci il təvəllüdlü Allahverdiyev İsmayıl İbrahim oğlu polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılıb. 

Hadisə şəxsi münasibətlər zəminində baş verib. 

Araşdırma aparılır.