İsrail Qəzzadakı BMT-nin məktəbini bombalayıb
İsrail ordusu Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyinə (UNRWA) aid məktəbə hücum edib.
Sitat.info xəbər verir ki, hücumda ABŞ istehsalı olan silahlardan istifadə edilib.
Bu silahların "GBU-39" kiçik ölçülü bomba olduğu bildirilir.
Qeyd edək ki, hücumda 14-ü uşaq, 9-u qadın olmaqla 40 nəfər həyatını itirib.
Türkan
Sitat.info