“Bakı Sığorta”nın sədri işdən çıxdı

“Bakı Sığorta”nın sədri işdən çıxdı
Gündəm 03 İyun 2024 17:55

Bakı Sığorta ASC-nin İdarə Heyətinin (İH) sədri Ramin Məmmədov işdən çıxıb.

Sitat.info xəbər verir ki, bu barədə şirkət məlumat yayıb.

Onun yerinə hələ ki, təyinat olmayıb.

Qeyd edək ki, R.Məmmədov "Bakı Sığorta"da 2012-ci ildən çalışıb, şirkətin Maliyyə departamentinin direktoru, İH-nin üzvü, 2013-cü ildən sədr müavini, 2016-cı ilin may ayından sədri olub.