Fələstin diplomatik mövcudluğunu gücləndirir

Fələstin diplomatik mövcudluğunu gücləndirir
Dünya 31 May 2024 13:43

Avropa ölkələri İspaniya, Norveç və İrlandiya eyni vaxtda Fələstin dövlətini 1967-ci il sərhədləri ilə tanıdıqdan sonra bu qərarı qəbul edən ölkələrin sayı 146-ya yüksəldi və bu addım Fələstinin diplomatik sahədə mövcudluğunu və məqbulluğunu gücləndirir.

Sitat.info xəbər verir ki, İrlandiya, Norveç və İspaniyanın tanınma qərarları Fələstin dövlətinin diplomatik sahədə mövcudluğunu gücləndirmək deməkdir.

İsrail və ABŞ-ın təzyiqlərinə və beynəlxalq böhranların dərinləşməsinə baxmayaraq, Avropa dövlətlərinin bu addımı İsrailə mesaj verir ki, onun Fələstin torpaqlarında etdiyi pozuntular bəyənilmir.

Qeyd edək ki, dövlətçilik üçün zəruri elementlərə malik olan Fələstin Beynəlxalq Cinayət Məhkəməsi və YUNESKO tərəfindən dövlət kimi qəbul edilir.

Kənan Yusif 

Sitat.info