Ekvadorda 5,2 bal gücündə zəlzələ baş verib

Ekvadorda 5,2 bal gücündə zəlzələ baş verib
Dünya 21 May 2024 10:14

Cənubi Amerikanın Ekvador ölkəsində 5,2 bal gücündə zəlzələ baş verib.

Sitat.info xəbər verir ki, ABŞ Geoloji Xidməti (USGS) episentri El Oro əyalətinin Pinas şəhəri olan 5,2 bal gücündə zəlzələnin yerin 88 kilometr dərinliyində baş verdiyini bildirib.

Zəlzələdə can və mal itkisi olmayıb.

Qeyd edək ki, 2016-cı il aprelin 17-də Ekvadorda baş verən 7,8 bal gücündə zəlzələ nəticəsində 77-dən çox insan həyatını itirib.

Ölkə seysmik aktivliyin intensiv olduğu “Sakit okean od halqası” adlanan zəlzələ zonasında yerləşir.

Kənan Yusif 

Sitat.info