İŞİD-in üzvlərinə hökm oxundu

İŞİD-in üzvlərinə hökm oxundu
Gündəm 10 May 2024 11:30

Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat nəticəsində həbs edilən İŞİD terror təşkilatının üzvü kimi terrorçuluğun maliyyələşdirilməsi cinayət əməllərini törətməkdə Mircəlal Salahov və onun əmisi oğlu Mircavad Salahovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Sitat.info xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə Mircəlal Seyidov və Mircavad Salahovun hər biri 10 il 6 ay müddətinə azadlıqdan mərhum ediliblər.