KTMT Ermənistansız da effektiv struktur olacaq - Zaxarova

18:40 3 May 2024

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) istənilən halda Avrasiyada təhlükəsizliyin təmin edilməsi üçün effektiv struktur olaraq qalacaq.

Sitat.info xəbər verir ki, bunu brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistanın təşkilatdan çıxmasının mümkünlüyü ilə bağlı sualı cavablandırarkən deyib.

"Ermənistanın təşkilatdan çıxa biləcəyi və ya bilməyəcəyi ilə bağlı sual İrəvana ünvanlanmalıdır. Biz əvvəlki kimi erməni tərəfdaşlarımızın istənilən digər suveren ölkə kimi öz xarici siyasət kursunu, o cümlədən təşkilatda gələcək fəaliyyət kontekstində müstəqil şəkildə müəyyən etməklə bağlı suveren hüququnu şübhə altına almırıq”, - deyə o bildirib.



Xəbər xətti