Qəzzada İsrailin bombardmanları nəticəsində dağılan evlərin yenidən qurulması 80 ilə qədər çəkə bilər.
Sitat.info xəbər verir ki, bu barədə BMT-nin dərc etdiyi hesabatda yazılır.
Məlumata görə, əgər regionda vəziyyət əvvəlki münaqişələrdə olduğu kimi oxşar proseslə davam edərsə, Qəzza zolağının yenidən qurulması növbəti əsrdə başa çatacaq.
İsrailin 7 aydır davam edən bombardmanlarının milyardlarla dollar ziyana səbəb olduğu bölgədə təxminən 80 min ev dağıdılıb.
Qəzza əhalisinin yoxsulluq göstəricilərinə diqqət çəkən hesabata görə, hücumlar 9 ay davam edərsə, yoxsulluq nisbətinin 38,8 faizdən 60,7 faizə yüksəlməsi gözlənilir.
Türkan
Sitat.info