Fələstin prezidenti Səudiyyə Ərəbistanı vəliəhdi ilə görüşüb

Fələstin prezidenti Səudiyyə Ərəbistanı vəliəhdi ilə görüşüb
Dünya 29 Aprel 2024 23:41

Fələstin prezidenti Mahmud Abbas Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman ilə görüşüb.

Sitat.info xəbər verir ki, bu barədə WAFA xəbər agentliyi məlumat yayıb.

Məlumata görə, onlar Qəzzadakı vəziyyəti, oradakı soyqırımın sonunu, humanitar yardım axını üçün görülən işləri müzakirə ediblər.  

Fələstin prezidenti Abbas fələstinlilərin Qəzza, İordan çayının qərb sahili və Şərqi Qüdsdən məcburi köçürülməsini qəti şəkildə rədd etdiklərini bildirib.

Türkan

Sitat.info