HƏMAS İsrail qoşunlarına güzəştə getməyəcək

HƏMAS İsrail qoşunlarına güzəştə getməyəcək
Dünya 15 Aprel 2024 23:00

Həmas Qəzza zolağında atəşkəslə bağlı İsrailə heç bir güzəştə getməyəcək.

Sitat.info xəbər verir ki, bu sözləri HƏMAS-ın sözçüsü İzzat ər-Rişq bildirib.

Onun sözlərinə görə, HƏMAS İsrail qüvvələrinin Qəzza zolağından tamamilə çıxarılması tələbindən əl çəkməyəcək.

"Tam atəşkəs Fələstin xalqının qan tökülməsinin və qırğınların dayandırılmasının yeganə təminatıdır. Ancaq köçkünlərin təhlükəsiz şəkildə anklavın şimal ərazilərinə qayıtması məsələsində heç bir güzəştə getməyəcəyik", - deyə o qeyd edib.

Türkan

Sitat.info