KİV: İsrail İranın hücumuna cavab verəcək
İsrail İranın hücumuna cavab verəcək, cavabın miqyası müəyyən edilir.
“Report” xəbər verir ki, bu barədə “CNN” mənbəyə istinadən məlumat yayıb.
Qeyd olunub ki, bütün cavab variantları aprelin 14-də İsrail hərbi kabinetinin iclasında ətraflı müzakirə olunacaq.