Lukaşenko kosmonavt qadınla birgə Moskvada

Lukaşenko kosmonavt qadınla birgə Moskvada
Dünya 11 Aprel 2024 18:52

Belarus Prezidenti Aleksandr Lukaşenko Moskvaya səfər edib.

Sitat.info xəbər verir ki, bu barədə Belarus KİV-ləri məlumat yayıb.

Bildirilib ki, Lukaşenkonu ölkənin ilk qadın kosmonavtı Marina Vasilevska da müşayiət edir.

Prezidentlərin regional və beynəlxalq vəziyyəti, çağırış və təhdidlərə cavab tədbirlərinin əlaqələndirilməsini müzakirə edəcəkəri bildirilib.

Lukaşenkonun bu gün Putinlə görüşəcəyi, növbəti gün isə Kosmonavtika Günü ilə bağlı tədbirlərdə iştirak edəcəyi gözlənilir.