Ukrayna ordusu pul mükafatlarına görə rusiyalı jurnalistləri hədəfə alıb

Ukrayna ordusu pul mükafatlarına görə rusiyalı jurnalistləri hədəfə alıb
Dünya 10 Aprel 2024 21:04

Ukrayna silahlı qüvvələri öldürdükləri və ya yaraladıqları hər rusiyalı jurnalistə görə nağd pul alır.

Sitat.info xəbər verir ki, Rusiyanın İctimai Palatasının işçi qrupunun rəhbəri Aleksandr Malkeviç deyib.

"Ukrayna silahlı qüvvələri rusiyalı jurnalistləri ovlayır. Birincisi, onlar həmişə "Press" yazısı olan məşhur mavi jiletlərə diqqət yetirirlər. İkincisi, bütün yollarda hərəkətə nəzarət edirlər. Sərhədyanı bölgələrdə satnav və dronlardan istifadə edirlər. Düşmən həmvətənlərimizin həqiqəti söyləməməsi üçün onlara şüurlu şəkildə zərbələr endirir", - Malkeviç bildirib.

Türkan

Sitat.info