Paris meri Kiyevə gəldi, saziş imzaladı

Paris meri Kiyevə gəldi, saziş imzaladı
Dünya 15 Aprel 2022 14:03

Kiyev və Paris şəhərləri arasında dostluq münasibətlərinin qurulması haqqında razılaşma imzalanıb.

Sitat.info Axar.az-a istinadən xəbər verir ki, bunu Kiyev meri Vitali Kliçko deyib.

“Bu çətin vaxtda Kiyevə səfər edən Paris meri Ann İdalqo ilə görüşdüm. Həmkarımla şəhərlərimiz Kiyev və Paris arasında dostluq münasibətlərinin qurulması barədə razılaşma imzaladıq”, - Kliçko bildirib.