BMT: Dəniz dəhlizi ilə Qəzzaya yardım göndərə bilərik
Dəniz dəhlizi ilə Qəzzaya yardım göndərilməsi mümkündür. Bunun üçün humanitar yardım təşkilatları ilə razılaşmalı, əsas şərtlər yerinə yetirilməlidir.
Sitat.info xəbər verir ki, bu sözləri BMT-nin sözçüsü Stefan Dujarrik deyib.
"Yardım paylanmasında əsas şərtlər prinsipli, təhlükəsiz, davamlı, tərəfsiz olmaqdır. Planın həyata keçirilməsi üçün sahildə müvəqqəti limanın yaradılmasını təklif etmişik. Məsələ ilə bağlı danışıqlar aparılır",- deyə sözçü qeyd edib.
Türkan
Sitat.info