Almaniya Silahlı Qüvvələri yenidən qurulacaq

Almaniya Silahlı Qüvvələri yenidən qurulacaq
Dünya 04 Aprel 2024 18:12

Almaniya Silahlı Qüvvələrinin (Bundever) gələcəyə hazır olması üçün orduda struktur islahatları aparılacaq.

Sitat.info xəbər verir ki, bu sözləri Almaniyanın müdafiə naziri Boris Pistoruis deyib.

"Məqsədimiz Alman ordusunun savaş kimi vəziyyətlərdə mühafizə və müdafiəsini gücləndirməkdir. Ordumuz yaxşı şəkildə yenidən strukturlaşdırılmalıdır. Bu strukturlaşmada Almaniya Silahlı Qüvvələri  "Əməliyyat" və "Dəstək" komandanlığına sahib olacaq", - deyə o qeyd edib.

Türkan

Sitat.info