Merapi vulkanında püskürmə: 7 kənd külə qərq oldu

Merapi vulkanında püskürmə:  7 kənd külə qərq oldu
HADİSƏ 03 Aprel 2024 18:02

 

İndoneziyanın Yava adasında yerləşən Merapi vulkanında püskürmə baş verib.

İndoneziyanın Yava adasında yerləşən Merapi vulkanının 2963 metr hündürlüyündə partlayış yerli vaxtla saat 08:00 radələrində baş verib.

Vulkanın 1,5 kilometr hündürlüyə kül və tüstü səpməsi nəticəsində Magelanq bölgəsində 7 kənd külə qərq olub.

Ərazidə yaşayanlara evakuasiya əmri verilməyib.

Səid,

Sitat.info