Quterreş İranın konsulluğuna hücumu pisləyib

Quterreş İranın konsulluğuna hücumu pisləyib
Dünya 02 Aprel 2024 19:56

Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antoniu Quterreş dünən İranın Dəməşqdəki konsulluq binasına edilən hava hücumunu pisləyib.

Sitat.info xəbər verir ki, mövzu ilə bağlı BMT sözçüsü yazılı açıqlama verib.

Quterreş bütün tərəflərə beynəlxalq hüquq çərçivəsində götürdükləri öhdəliklərə əməl etmələrini xatırladıb. O, mülki şəxs və infrastrukturlara hücumların qarşısının alınmalı olduğunu bildirib.

Qeyd edək ki, İsrail Hərbi Hava Qüvvələrinin Suriya paytaxtının qərbində, İran konsulluğunun yerləşdiyi Mezze məhəlləsinə raket hücumu nəticəsində azı 13 nəfər həlak olub.

​​​Türkan

Sitat.info