Evi qəzalı hala düşən ailə üçün çadırlar quruldu - VİDEO

Evi qəzalı hala düşən ailə üçün çadırlar quruldu - VİDEO
SOSİAL 01 Aprel 2024 11:58

Fövqəladə Hallar Nazirliyinə Yardımlı rayonu, Vərgədüz kənd sakini Məmiyeva Validə Əşrəf qızına məxsus evin qəzalı vəziyyətə düşməsi ilə əlaqədar ailənin yaşayış yerinin olmaması barədə məlumat daxil olub.

FHN-dən Sitat.info-ya verilən məlumata görə, Bununla əlaqədar nazirliyinin Cənub Regional Mərkəzinin əməkdaşları tərəfindən ailə üçün müvəqqəti yaşayış məqsədilə ailə üzvlərinin sayı nəzərə alınaraq 2 ədəd çadır ev qurularaq vətəndaşa təhvil verilib.