Rusiya bunu Paşinyanın şəxsi xahişi ilə etdi - Səfir

Rusiya bunu Paşinyanın şəxsi xahişi ilə etdi - Səfir
Dünya 30 Mart 2024 13:57

Ermənistan və Azərbaycan sərhədində Baş nazir Nikol Paşinyanın şəxsi xahişi ilə Rusiya sərhədçilərinin müşahidə postları quraşdırılıb.

Sitat.info xəbər verir ki, bu sözləri Rusiya səfiri Sergey Kopirkin “24 News”a müsahibəsində deyib.

“2020-ci ildə vəziyyətin sabitləşməsinə kömək etmək üçün Baş nazir Nikol Paşinyanın şəxsi xahişi ilə Rusiyanın vəsaiti hesabına Azərbaycanla sərhəddə yerləşdirilən müşahidə məntəqələrimizin yerini qeyd etməyəcəyəm”, - o bildirib.

Kopirkinin sözlərinə görə, erməni tərəfi heç vaxt Rusiya müşahidə məntəqələrinin yerləşdirilməsini qanuniləşdirmək istəməyib.