Qayığı batan 663 miqrant xilas edilib

Qayığı batan 663 miqrant xilas edilib
Dünya 25 Mart 2024 20:28

Tunisin cənub sahillərində  qeyri-qanuni miqrasiya cəhdi zamanı qayıqları çevrilən 663 miqrant xilas edilib.

Sitat.info xəbər verir ki, bu barədə ölkənin Milli Qvardiya Administrasiyası açıqlama yayıb.

Açıqlamaya görə, Sfaks şəhəri sahillərində qeyri-qanuni  miqrasiya cəhdi zamanı 5 immiqrantın cəsədi tapılıb, 663 immiqrant xilas edilib.

Hərbi Dəniz Qüvvələri birliklərinin axtarış-xilasetmə işləri davam edir.

Türkan

Sitat.info