Rusiyaya dəstək verməyə hazırıq - İnterpol

Rusiyaya dəstək verməyə hazırıq - İnterpol
Dünya 23 Mart 2024 13:01

İnterpol "Krokus"dakı terror aktının araşdırılmasına kömək etməyə hazırdır.

Sitat.info xəbər verir ki, bu barədə İnterpolun baş katibi Yurgen Stok X sosial şəbəkə hesabındakı paylaşımında bildirib.

O, Moskvada baş verən dəhşətli hücumu pisləyib və Beynəlxalq Polis Təşkilatının (İnterpoll) "Crocus City Hall"da konsert zalında baş verən terror aktının araşdırılmasına dəstək verməyə hazır olduğunu açıqlayıb.

Qeyd edək ki, terror aktında rəsmi məlumatlara görə, 60 nəfər ölüb, 100-dən çox insan yaralanıb. Qeyri-rəsmi mənbələr isə ölənlərin sayının 130-u keçdiyini iddia edir.