Hərbçilərimiz Pakistanda keçirilən paradda iştirak ediblər - VİDEO

Hərbçilərimiz Pakistanda keçirilən paradda iştirak ediblər - VİDEO
Gündəm 23 Mart 2024 11:06

Pakistanın Milli Günü münasibətilə keçirilən hərbi paradda Azərbaycan hərbçiləri iştirak ediblər.

Sitat.info xəbər verir ki, bu bayram 1956-cı ildən bəri dünyada ilk islam respublikasının yaradılması şərəfinə keçirilir. Pakistan İslam Respublikasının yaradılması üçün əsas isə 1940-cı ildə qəbul edilmiş Lahor qətnaməsi olub.

Əlamətdar gün münasibətilə Pakistan Silahlı Qüvvələri tərəfindən paradın keçirilməsi tədbirin ümumi hissəsindən biridir.