İsrail Qəzzada xəstəxananı atəşə tutdu

İsrail Qəzzada xəstəxananı atəşə tutdu
Dünya 18 Mart 2024 11:35

İsrail hərbçiləri Qəzza zolağında Fələstinin “Əş-Şəfa” xəstəxanasına atəş açıb.

Sitat.info xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb.

Hücum nəticəsində ölən və yaralananların olduğu bildirilib.

İsrail ordusu məlumatı təsdiqləyib:

"Əməliyyat zamanı terrorçular xəstəxananın içərisindən hərbi qulluqçulara atəş açıblar. Hərbi qulluqçular cavab atəşi açıb".