Kiyevə əlavə hərbi yardım göstəriləcək - Fransadan

Kiyevə əlavə hərbi yardım göstəriləcək - Fransadan
Dünya 13 Aprel 2022 20:57

Fransa Ukrayna hakimiyyətinin yeni tələblərindən sonra Kiyevə əlavə hərbi yardım göstərəcək.

Sitat.info Axar.az-a istinadən xəbər verir ki, bu barədə Fransa müdafiə naziri Florens Parli bildirib.

“Ukraynalı həmkarım Aleksey Reznikovla fikir mübadiləsi apardım. Ukraynalıların yeni müraciətlərindən sonra mən həmkarıma bildirdim ki, Fransa artıq 100 milyon avrodan əlavə hərbi yardım da edəcək”, - Parli söyləyib.