Gədəbəydə 12 otaqlı evdə yanğın baş verdi

Gədəbəydə 12 otaqlı evdə yanğın baş verdi
HADİSƏ 08 Mart 2024 18:00

Gədəbəydə 12 otaqlı evdə yanğın baş verib.

FHN-dən Sitat.info-ya verilən xəbərə görə, rayonun Plankənd kəndində ümumi sahəsi 480 m² (hər mərtəbəsi 240 m²) olan ikimərtəbəli 12 otaqlı evin 2-ci mərtəbəsinin və dam örtüyünün yanar konstruksiyaları yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.