Türkiyə PKK-ya qarşı böyük əməliyyata hazırlaşır

Türkiyə PKK-ya qarşı böyük əməliyyata hazırlaşır
Dünya 07 Mart 2024 11:02

Türkiyə Silahlı Qüvvələri İraqın şimalında PKK terrorçularına qarşı genişmiqyaslı quru əməliyyatına hazırlaşır.

Sitat.info xəbər verir ki, bunu Türkiyənin “Hürriyət” qəzetinin yazarı Əbdülqədir Selvi yazıb.

“Pəncə-Kilid” əməliyyat bölgəsində genişmiqyaslı quru əməliyyatı həyata keçiriləcək. Əməliyyatdan əvvəl İraqın mərkəzi administrasiyası və Bərzani ailəsinin nəzarətində olan Ərbillə razılıq əldə edilib", - o bildirib.

Onun sözlərinə görə, Ankara bu əməliyyatla İraqla olan 378 km-lik sərhədini tamamilə terrorçulardan təmizləmək istəyir.