İrəvan Rusiyaya məktub göndərdi: Bu qüvvələri çıxarır

İrəvan Rusiyaya məktub göndərdi: Bu qüvvələri çıxarır
Gündəm 06 Mart 2024 18:00

Ermənistan Zvartnots hava limanından rus sərhədçilərin çıxarılması bağlı Rusiyaya rəsmi məktub göndərib.

Sitat.info xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib.

“Hakimiyyətin mövqeyi ondan ibarətdir ki, hava limanında Ermənistan sərhəd qoşunları xidmət göstərməlidir”, - o bildirib.