Rusiya sülhməramlıları erməni deputatları Qarabağa buraxmadı

Rusiya sülhməramlıları erməni deputatları Qarabağa buraxmadı
SİYASƏT 13 Aprel 2022 18:17

Rusiya sülhməramlıları erməni deputatları Qarabağa buraxmayıblar.

SİTAT.İNFO bu barədə Ermənistanın XİN rəhbəri bildirib.

O qeyd edib ki, Rusiya sülhməramlıları mümkün təxribatların qarşısını almaq üçün erməni deputatların Qarabağa daxil olmasına icazə verməyiblər.

Erməni KİV-ləri isə bildirir ki, bu gün səhər müxalif "Hayastan" ("Ermənistan”) və "Badiv unem" ("Şərəfim var") fraksiyaları parlamentin dördgünlük iclasını boykot edərək Qarabağa getmək istəsələr də, bunun qarşısı sülhməramlılar tərəfindən alınıb.