Taliban İranın 11 tankerini geri qaytardı

Taliban İranın 11 tankerini geri qaytardı
Dünya 05 Mart 2024 13:08

Əfqanıstan hökuməti İrana məxsus keyfiyyətsiz yanacaqla dolu 11 tankeri geri qaytarıb.

Sitat.info xəbər verir ki, bu barədə Əfqanıstanın Milli Standartlar Agentliyi məlumat yayıb.

Qeyd edək ki, Əfqanıstan və İraq Özbəkistan və Rusiyadan daha keyfiyyətli, yüksək standartlara cavab verən benzin idxal etdiyinə görə İran yanacağından imtina etməyə başlayıb.