Hacı Şahin Həsənlinin il dönümündə paytaxt sakinləri onu belə xatırladı - VİDEOSORĞU

Hacı Şahin Həsənlinin il dönümündə paytaxt sakinləri onu belə xatırladı - VİDEOSORĞU
Gündəm 01 Mart 2024 14:48

Martın 2-də mərhum ilahiyyatçı, Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi Hacı Şahin Həsənlinin vəfatının birinci ildönümü keçirilək. Ötən il martın 2-də dünyadan köçən Hacı Şahin Həsənlinin həm fəaliyyəti dövründə qazandığı nüfuz və hörmət, həm onun dəfnində yaşanan izdiham cəmiyyət tərəfindən sevildiyindən xəbər verirdi. Onun çıxışlarını, xütbələrini izləyənlər dini bilgilər almaqla yanaşı, həm də  mənəvi -psixoloji zövq alırdılar. 48 yaşında, fəaliyyətinin ən qaynar dövründə dünyadan köçən Hacı Şahin ötən 1 ildə də  unudulmadı və sosial şəbəkələrdə insanlar onun itkisini dərin kədər hissi ilə xatırladılar. Bəs görəsən, sadə insanlar Hacını necə xatırlayırlar? Vəfatından ötən müddət ərzində onun yoxluğunu necə hiss ediblər?

 "Sitat.info" olaraq paytaxt sakinlərinləri ilə həmsöhbət olub onların Hacı Şahin Həsənli ilə bağlı fikirlərini, duyğu və düşüncələrini aldıq.

Həmin videosorğunu təqdim edirik:

Seymur Bənnayev,
Səid İsaoğlu
Sitat.info